Azərbaycanın rayonlarında şimşək çaxıb, leysan yağıb – FAKTİKİ HAVA + YENİLƏNİB/VİDEO
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 14:00-a olan məlumatına əsasən Yevlax, Mingəçevir, İsmayıllı və Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən verilən məlumata görə, külək Naftalanda 16 m/s, Bakıda isə 15 m/s-dək güclənib.
Bakıda və Abşeron yarımadasında 23-25, aran rayonlarında 25-29, dağlıq rayonlarda 10-15 dərəcə isti qeydə alınıb.
13:26
Bu gün Azərbaycanın bir çox rayonlarında yağışlar davam edib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, qeyri sabit hava şəraiti sentyabrın 19-na kimi davam edəcək.
Xidmətin faktiki və gözlənilən hava şəraiti haqqında hazırladığı video məlumatı təqdim edirik:

