Hava 

Bakıda və Abşeron yarımadasında külək güclənib – FAKTİKİ HAVA + YENİLƏNİB/VİDEO

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 17:00-a olan məlumatına əsasən Quba, Qusar, İsmayıllı, Şəki, Xaltan, Ağdam, Şahdağ, Sabirabadda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18-22 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 22-24° isti, aran rayonlarında 26-29° isti, dağlıq rayonlarda 7-13° isti qeydə alınıb.

15:44

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 14:00-a olan məlumatına əsasən Yevlax, Mingəçevir, İsmayıllı və Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən verilən məlumata görə, külək Naftalanda 16 m/s, Bakıda isə 15 m/s-dək güclənib.

Bakıda və Abşeron yarımadasında 23-25, aran rayonlarında 25-29, dağlıq rayonlarda 10-15 dərəcə isti qeydə alınıb.

13:26

Bu gün Azərbaycanın bir çox rayonlarında yağışlar davam edib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, qeyri sabit hava şəraiti sentyabrın 19-na kimi davam edəcək.

Xidmətin faktiki və gözlənilən hava şəraiti haqqında hazırladığı video məlumatı təqdim edirik:

Daha çox xəbərlər