Cəmiyyət 

Neft Daşlarında dalğanın hündürlüyü 4,4 metrə çatıb – FAKTİKİ HAVA + YENİLƏNİB

Sentyabrın 18-i saat 15:00-a olan məlumata əsasən Göygöl, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Xaltan, Qrız, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağda qar yağıb.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 20-25 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,4 metrə çatıb.

Göygöl, Balakən, Şəki, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da 25, Aran rayonlarında 19, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti olub.

10:01

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 18-i saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

Xidmətdən verilən məlumata görə, Şahdağda, həmçinin Zaqatala rayonunun dağlıq ərazilərində qar yağıb.

Düşən yağıntının miqdarı Astarada 121 (aylıq normanın 61%-i), Balakəndə 111 (aylıq normanın 131%-i), Zaqatalada 95 (aylıq normanın 112%-i), Qaxda 45 (aylıq normanın 38%-i), Yardımlıda 20, Qusarda 19, Xaltanda 16, Xınalıqda 14, Qubada 12, Şahdağda 11, Ağdamda 10, Lənkəran, Şəki , Xaçmaz, Qobustan, Neftçala, Göyçay, Cəfərxan, Qəbələ, Oğuz, Tərtər, Biləsuvar, Şirvan, Sabirabad, İmişli, Zərdab, Yevlax, Mingəçevir, Şabran, Daşkəsən, Gəncədə 9, Bakı və Maştağada 5, Sumqayıtda 4, Binə və Pirallahıda 2 mm-dək olub.

Sentyabrın 17-si saat 23 radələrində Zaqatala rayonuna diametri 8-10 mm olan dolu düşüb.

Hazırda Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Şəki rayonu ərazisindən keçən Şinçaydan sel keçir.

Qrız, Qusar, Şahdağ və Lerikdə duman müşahidə olunub.

Şimal-qərb küləyi əsib, arabir Zaqatala və Balakəndə 25, Neftçalada arabir 20, Naftalanda arabir 18, Bakıda və Abşeron yarımadasında arabir 25-27 m/s-dək güclənib. “Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4,6 metrə çatıb.

Daha çox xəbərlər