İran XİN: “Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümidvarıq” – FOTO
“Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümidvarıq”.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bu gün keçirdiyi həftəlik brifinqdə deyib.
O, ötən aylar ərzində İran və Azərbaycan arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinə toxunaraq danışıqların ümidverici olduğunu qeyd edib:
“İran və Azərbaycan arasında aparılan danışıqlar prosesi, iki ölkənin məhkəmə-ədliyyə və iqtisadi sahələrdə danışıqları ümidverici olub”, – deyə Kənani əlavə edib.