Dünya 

Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı

Fransanın Moskvadakı səfiri Pyer Levi rusiyalı jurnalistlərin Fransa Prezidenti Emmanuel Makronun G20-dəki mətbuat konfransında iştirakına icazə verilmədiyi üçün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN bəyan edib ki, Parisin Rusiya Federasiyasından olan jurnalistlərə qarşı ayrı-seçkiliyə görə üzr istəməkdən imtina etməsi Fransanın Rusiya mediasına münasibətdə seqreqasiyaya yol verdiyini göstərir.

Moskva Fransa hakimiyyətindən tələb edir ki, fransız jurnalistlərin Rusiya Federasiyasında istifadə etdiyi rejim nəzərə alınaraq, Rusiya mediasının da Fransada eyni rejimdən istifadəsi təmin edilsin.

Mənbə: TASS

Daha çox xəbərlər