Rusiya XİN: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün hələlik görüş təklifi almamışıq”
Moskva Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə liderlərinin Qarabağ üzrə dördtərəfli görüşünün keçirilməsi təklifləri ilə bağlı Ankaradan hələlik rəsmi müraciət almayıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Biz KİV-də bununla bağlı materiallara rast gəldik, lakin Türkiyə tərəfdən hələlik rəsmi müraciət almamışıq”, – deyə diplomat qeyd edib.
Zaxarova vurğulayıb ki, Moskva ənənəvi olaraq Beynəlxalq gündəliyin müxtəlif aspektləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyət və 3+3 regional məsləhətçi platforması çərçivəsində birgə işin parametrləri üzrə Ankara ilə sıx dialoq aparır.
Mənbə: TASS