Dünya 

İtaliyalı hərbi ekspert Qarabağ ermənilərinə: “Hər şey bitdi! Təslim olun!” – FOTO

İtaliyalı hərbi ekspert Tomas Teyner Qarabağ ermənilərinə təslim olmağı məsləhət görüb.

Bu barədə ekspert “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“2020-ci ilin sentyabrında üç gündən sonra dedim ki, Ermənistan Qarabağda müharibəni uduzdu. 2022-ci ilin martında, yeddi gün sonra dedim ki, Rusiya Ukraynadakı müharibəni uduzdu. 2023-cü ilin sentyabrında 20 dəqiqəlik döyüşdən sonra deyirəm ki, Qarabağ erməniləri müharibəni uduzdular. Hər şey bitdi. Təslim olun!”, – Teyner yazıb.

 

Daha çox xəbərlər