Cəbhədən Xəbər 

DİN: “Dezinformasiya yayan 10-a yaxın şəxsə xəbərdarlıq edilib”

“Aparılan antiterror tədbirləri keçirilən zonada mülki şəxslərin və obyektlərin təhlükəsizliyinin qorunması polis tərəfindən icra olunur”.

ARANTV.AZ-ın məlumatına görə, bunu brifinqdə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, ermənilər sosial şəbəkələrdə yalandan məlumat yayırlar ki, vəziyyət onların xeyrinədir:

“Lakin bu belə deyil. Hazırda itkilərlə bağlı dezinformasiyalar yayılır. Lazımsız informasiyalar yayan 10-a yaxın şəxs nazirliyə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb”.

O, əhaliyə yayılan informasiyalara diqqət yetirməmək barədə xəbərdarlıq edib.

Daha çox xəbərlər