Siyasət 

Ceyhun Bayramov Qarabağdakı vəziyyətlə bağlı BMT TŞ-də keçiriləcək iclasa qatılacaq

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün BMT Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyətlə bağlı keçiriləcək müzakirələrə qatılacaq.

“Report” xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin müraciəti ilə baş tutacaq iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan çıxış edəcək.

Daha çox xəbərlər