Cəmiyyət 

Əmisi Qənirə Paşayevanın səhhəti ilə bağlı yayılan iddialara CAVAB VERDİ – YENİLƏNİB + FOTO

“Milli Məclisin Mədəniyyət komitəsinin sədri deputat Qənirə Paşayevanın vəziyyəti stabildir”.

Bunu Oxu.Az-a açıqlamasında Qənirə Paşayevanın əmisi, professor Qəzənfər Paşayev deyib.

Əmisi deputatın vəfat etməsi ilə bağlı yayılan xəbərlərin yalan olduğunu qeyd edib:

“Yayılan ölüm xəbəri yalandır. Qənirənin vəziyyəti eynidir. Aparata qoşulub. Hamı irəliləyiş olmasını gözləyir. Dünən cüzi irəliləyiş oldu. Təzyiqi qalxdı. Hazırda səhhəti ağır stabil olaraq qalıb”.

Q.Paşayev dövlətin xüsusi qayğı göstərdiyini qeyd edib:

“Qənirə dövlətin xüsusi nəzarətindədir. Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi diqqət göstərir. Türkiyədən həkimlər çağırılıb. Dünən Heydər Əliyev Fondunun direktoru Anar Ələkbərov da baş çəkdi. Bunlar hamısı dövlətin qayğısıdır”.

Xatırladaq ki, deputat sentyabrın 24-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə gətirilib.

12:30

Hazırda Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın müalicəsi Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirilir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq klinikadan bildirilib.

Qeyd olunub ki, sentyabrın 23-də deputat Q.Paşayeva septiki şok vəziyyətində Mərkəzi Klinikaya təxliyə edilib:

“Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Qənirə Paşayevanın müalicəsi Fond tərəfindən nəzarətə götürülüb. Fondun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətindən yüksək ixtisaslı reanimatoloq həkim dəvət olunub. Həmin mütəxəssis həkim tərəfindən xəstə dəyərləndirilib və lazımi məsləhətlər verilib.

Hazırda xəstənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirilir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir. Müalicə zamanı tibbin bütün imkanlarından istifadə olunur. Xəstənin müalicəsi üçün Türkiyənin ən aparıcı xəstəxanalarından olan həmkarlarımızla daimi əlaqə saxlanılır və konsultasiyalar aparılır”.

10:38

Ötən gün komaya düşən Milli Məclisin deputatı Qənirə Paşayevanın vəziyyəti stabil ağırdır.

“Report”un məlumatına görə, bunu onun yaxınları bildiriblər.

Qeyd olunub ki, deputatın səhhətində heç bir dəyişiklik yoxdur və stabil ağır olaraq qalır.

Xatırladaq ki, deputat sentyabrın 24-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə gətirilib.

Daha çox xəbərlər