Portreti çərçivəyə sığmırdı.., özü də… tabuta…
YAP Bərdə rayon təşkilatının sədri
Faqət Şadlinskaya:
Vətən heç zaman uğrunda canlarından keçən, onu düşmən tapdağından xilas edən şəhidləri unutmayacaq! Çünki onlar həm də həqiqətən igid, qəhrəman oğullardır!
Portreti çərçivəyə sığmirdi… özü də… tabuta… İlk dəfə görənləri heyrətə salmışdı… Amma onu ilk və son dəfə dəfn evində bu heyrətlə görənlər, qarşılayıb… yola salanlar… onun igidliyinin də heyrətamizliyi içində idilər. Vətən müharibəsində öz yenilməz tankçı şücaəti ilə Qalibiyyət yanğisi və təşnəsi ilə Vətəni göylərə qaldıran igid oğul Lətifov Elməddin Qalib oğlu antiterror tədbirləri zamanı cismən yanib şəhid olaraq Bərdə rayon Xanağalı kəndində Vətən torpağına tapşırıldı… Mənfur Ermənistan sevinməsin, igid Elməddinin yerində onun Vətən müharibəsindəki qəhrəmanliqlarına görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən təltif edilmiş beş medalını qürurla sinəsinə taxıb, ata dəfnində bayraq qəbul edib təzim edən kiçik yaşlı böyük ürəkli oğul Elməddinlər böyüyür!.. Onlar var olduqca bu Vətən bir daha düşmən tapdağı altında qalmayacaq!..
Məkanınız cənnət olsun, igid şəhid oğullarımiz! Vətən heç zaman Sizi unutmayacaq!


