27 sentyabr tarixində güclü və qüdrətli dövlət olduğumuzu bütün dünyaya isbat etdik Ali Baş Komandanın dediyi kimi, «biz yeni reallıq» yaratdıq!
Dövlətçilik, hərbi-siyasi tariximizin yeni bir
mərhələsi, tam əminliklə demək olar ki, 27
sentyabr tarixli ilə bağlıdır. Həmin gün Şanlı
Azərbaycan Ordusu Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında
tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü
bərpa etmək uğrunda zəfər yürüşünə başladı.
Qısa bir müddət ərzində Azərbaycanın
müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi
yazıldı. Bunun adı Vətən müharibəsidir. Bu gün
Azərbaycanın Qələbə salnaməsinin ilk günü
kimi həkk olundu. Dünya hərb tarixinə II
Qarabağ müharibəsi kimi daxil olmuş Vətən
müharibəsində Azərbaycan Ordusu öz gücünü bir daha göstərdi. 27 sentyabrda düşmənin
növbəti hərbi təxribatına cavab olaraq
Azərbaycan Ordusu əks-hücum əməliyyatına
başladı və bu müharibə işğalçı Ermənistanın
kapitulyasiyası ilə nəticələndi. 44 gün sürən
Vətən müharibəsi noyabrın 10-da Azərbaycan,
Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı
birgə bəyanatla başa çatdı. Hərbi əməliyyatların
məqsədi ilk gündən sülhə məcburetmə
əməliyyatı kimi göstərilirdi və Azərbaycan öz
məqsədinə çatmış oldu. Ali Baş Komandan
başda olmaqla Qəhrəman Ordumuz Ermənistanı
sülhə məcbur etdi. Döyüş meydanında
qazanılmış qələbələr diplomatik-siyasi
müstəvidə də Qələbənin qazanılmasını
şərtləndirdi.
Ölkəmizin başçısı xalqa sonuncu müraciətində
bu məqamı xüsusi vurğuladı: «Amma mən
deyirdim, istəyirəm ki, bu hərbi mərhələ də
dayansın, keçək siyasi mərhələyə. Nə oldu?
Bax, bu gün mən deyən oldu. Hərbi mərhələ
başa çatır, keçirik siyasi mərhələyə. Demək olar
ki, bizə maksimum sərf edən sənəd imzalandı…
Biz tarixi Qələbəmizi hüquqi və siyasi
müstəvidə daha da möhkəmləndirəcəyik».
Bəyanatın şərtlərinə uyğun olaraq, Ağdam,
Kəlbəcər, Laçın rayonları bir güllə atılmadan
Azərbaycana qaytarıldı. Ermənistanın
kapitulyasiyası ilə Dağlıq Qarabağ
münaqişəsinə son qoyuldu, Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi bərpa olundu.
Şəhidlərimizin, öz ata- baba yurtlarından
didərgin düşmüş vətəndaşlarımızın qisasını
yenilməz Azərbaycan əsgəri yerdə qoymadı.
Azərbaycan öz ərazi bütövlüyümüzü bərpa
etdi və işğala son qoydu. 27 il kağız üzərində
qalan BMT Təhlükəsizlik Şurasının
qətnamələrini şanlı ordumuz yerinə yetirdi,
beynəlxalq hüquq praktikasında və bölgəmizdə
yeni reallıq yaratdı. Ali Baş Komandanın dediyi
kimi, «biz yeni reallıq yaratdıq. Hər kəs bu
reallıqla barışacaq, məcbur olub barışacaq, necə
ki, Ermənistan barışdı». Bölgədə bu gün və
gələcək üçün yeni təhlükəsizlik, yeni
əməkdaşlıq formatı yaradıldı.
Ölkəmizin başçısı cənab Prezident, Ali Baş
Komandan İlham Əliyevin siyasi iradəsi,
qətiyyəti, uzaqgörənliyi nəticəsində Azərbaycan Xalqı dövlətinin, Liderinin ətrafında sıx birləşdi
və bu birlik, həmrəylik «dəmir yumruğa»
çevrilib Azərbaycan Ordusunun simasında
düşmənin başını əzdi. Güclü və qüdrətli dövlət
olduğumuzu bütün dünyaya isbat etdik.
Bütövlükdə xalqımız bu tarixi qələbəni sevinclə
qarşıladı, ümumxalq yürüşlərilə, Azərbaycan və
Türkiyə bayraqları ilə qeyd etdi. Bu təntənəli və
möhtəşəm tədbirlərdə Ali Baş Komandana,
Qəhrəman Azərbaycan Ordusuna alqışlar
səsləndi, xalqımız bir daha öz Prezidentinin, öz
Ordusunun arxasında olduğunu qətiyyətlə
bildirdi.
Əslində Azərbaycanın öz hərbi qüvvələri ilə
işğalçıları məğlub etməsi, xalqın inamını özünə
qaytardı. 90-cı illərdə Müstəqillik əldə olandan
sonra, həm xarici, həm də daxili bəzi qüvvələr
tərəfindən azərbaycan xalqında ruh düşgünlüyü
yaratmaq cəhdləri iflasa uğradı. İnsanların birbirinə olan münasibəti yeni mərhələyə qədəm
qoydu. Qarşılıqlı hörmət, qayğıkeşlik, mənliyin
milli şüura əsaslanması, milli dəyərlərə diqqətin
artması, mədəni irsə olan münasibəti
dəyişməklə bərabər həmçinin Azərbaycan gəncində qələbə hissini artırdı. Nəticə etibarilə
insanlarda azərbaycanlı olmağın necə bir fəxr
olunduğu dərk edildi.
Prezident İlham Əliyevin sərəncamları ilə 27
sentyabr, «Anım Günü» və 8 noyabr, Şuşanın
işğaldan azad edildiyi gün, «Zəfər günü» kimi
tariximizə daxil oldu. Azərbaycan xalqının daha
Qarabağ dərdi yoxdur, Şuşa kimi qanayan yarası
yoxdur. 30 il yurd yerlərindən, ev-eşiklərindən
didərgin düşən soydaşlarımız ürəklərini sızladan
Vətən ağrısına birdəfəlik son qoyuldu. Artıq
güclü dövlət, bütöv AZƏRBAYCAN var. İndi
hər bir azərbaycanlının bir müqəddəs amalı var:
öz Müzəffər Liderinin səsinə səs verib vandal
düşmən tərəfindən xarabalığa çevrilmiş yurd
yerlərimizi gülüstana çevirmək. Bu istiqamətdə
ölkəmizin başçısının xüsusi tapşırıqları ilə
həmin ərazilərdə möhtəşəm tikinti, quruculuq
işləri aparılır. Ümummilli Lider Heydər
Əliyevin müstəsna xidmətləri sayəsində
yaradılmış Azərbaycan Silahlı Qüvvələri
Müzəffər Ali Baş Komandanın İlham Əliyevin
rəhbərliyi altında öz şərəfli missiyasını bu gün
də uğurla davam etdirir.
Xalqımız öz Prezidenti, Ali Baş Komandanı
İlham Əliyev və dövlətimizin ətrafında tarixdə
heç bir zaman olmayan birlik, həmrəylik
nümayiş etdirir. Bu birlik Vətən müharibəsində
qalib gəldiyi, torpaqlarımızı qaytardığı kimi,
Qarabağ torpağına yeni nəfəs, inkişaf gətirəcək.

Şeyda Əzizqızı
«AranMedia» GROUP-un direktoru

