Cəmiyyət 

Quba-Qusar ərazisində dağlara qar yağdı – FOTO

Qusarın Ləzə və Qubanın Xınalıq kəndlərinin yaxınlığındakı dağlara qar yağıb.

Quba ərazi hidrometeorologiya müəssisəsindən Bizim.media-ya bildirilib ki, Şahdüzü və Şahdağ dağ silsiləsinə də qar düşüb.

Bölgədə ötən gün müşahidə edilən yağıntılı havanı bu gün günəşli hava əvəz edib. Oktyabrın 2-dən hava şəraitinin yenidən dəyişəcəyi gözlənilir.

 

Daha çox xəbərlər