Region Xəbərləri Təhsil 

27 Sentyabr- Anım Günüdür adlı tədbir keçirildi+Fotolar

Tədbirdə məktəbin direktoru Tofiqə Məmmədova, müavin Baxşeyiş Məmmədli çıxış edərək Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin siyasi iradəsindən,ordumuzun igid oğullarının qəhrəmanlıqlarından danışdılar.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Elgiz Kərimovun qardaşı Ramiz Kərimov və 44 günlük Vətən müharibəsinin igid oğlu Xudayar Yusifzadənin anası Radə xanım Qurbanova iştirak etdilər. Tədbirdə Vətən müharibəsi haqqında video nümayiş etdirildi. Tədbir iştirakçıları şagirdlərin ifasında kompozisiyaya
baxdılar.Sonra tədbir iştirakçılarının bir qrupu Şəhidlər xiyabanını ziyarət etdilər.
27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.
ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Daha çox xəbərlər