Dünya 

Daşkənd hava limanının ərazisində güclü partlayış: Ölən və yüzdən çox yaralanan var – YENİLƏNİB + VİDEO

Özbəkistanın paytaxtı Daşkənddə hava limanın ərazisində yerləşən anbarda baş verən partlayışda 15 yaşlı yeniyetmə həlak olub, 163 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Özbəkistan Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Özbəkistan Səhiyyə Nazirliyinin məlumatına görə, zərərçəkənlərdən 24 nəfər ağır bədən xəsarətləri alıb. 139 zərərçəkənə ambulator yardım göstərilib və onların hamısı evə göndərilib.

09:10

Özbəkistanın paytaxtı Daşkənddə yerləşən hava limanının anbarının yerləşdiyi ərazidə güclü partlayış baş verib.

Partlayış o qədər şiddətli olub ki, hadisə baş verən yerdən 30 kilometr aralıda hiss olunub.

Partlayış nəticəsində zərərçəkmiş şəxslər xəstəxanaya çatdırılıb. Onların sayı barədə məlumat verilmir.

İlkin ehtimala görə, yanğın anbara ildırım düşməsi nəticəsində baş verib.

Mənbə: Tengrinews.kz

Daha çox xəbərlər