Orqan və sümük iliyinin köçürülməsi ilə bağlı təlimatlar xəstəxanalara göndərilib
Orqan və sümük iliyinin köçürülməsi ilə bağlı təlimatlar artıq yerlərə göndərilib.
ARANTV.AZ xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib.
O bildirib ki, vətəndaşlar Səhiyyə Nazirliyinin tabeliyindəki “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə müraciət etməli, növbəyə yazılmalıdırlar: “Bundan sonra analizlərin götürülməsinə başlanılacaq”.

