Cəmiyyət 

Bayrağı Riad Əhmədovun xanımına Əli Nağıyev təqdim etdi – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Milli Qəhrəmanı, 1992-ci ildə Daşaltı əməliyyatı zamanı şəhid olmuş Riad Əhmədovla vida mərasimi keçirilib.

ARANTV.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, vida mərasimindən sonra 31 il sonra nəşinin qalıqları tapılan R.Əhmədov İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidimizin tabutuna bükülmüş Dövlət bayrağı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tərəfindən Riad Əhmədovun xanımına təqdim olunub.

Həmin anın videosunu təqdim edirik:

Daha çox xəbərlər