Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı rayon UGİŞM-lə birlikdə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xatirə turniri keçirmişdir.

“Heydər Əliyev ili” çərçivəsində YAP Bərdə rayon təşkilatı rayon UGİŞM-lə birlikdə açıq havada Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş məktəblilər arasında şahmat üzrə xatirə turniri keçirmişdir.
Turnir başlamamışdan öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Xatirə turniri Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlanmışdır. Turniri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxışında Ulu öndər Heydər Əliyevin dövlətimizin qurulması, möhkəmləndirilməsi yolunda tarixi xidmətlərindən, onun layiqli varisi ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunması ilə əldə olunan böyük Qələbədən danışmış, bu cür tədbirlərin əhəmiyyətini xüsusi vurğulayaraq turnir iştirakçılarına uğurlar arzulamışdır.
Xatirə turniri qızlar və oğlanlar arasında keçirilmişdir.
Turnir qalibləri YAP Bərdə rayon təşkilatı və rayon UGİŞM- in Diplom, Priz, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
Sonda iştirakçılarla xatirə şəkli çəkdirilmişdir.
 

Daha çox xəbərlər