Türkiyənin paytaxtında terrorçu özünü partladıb, polis əməkdaşları yaralanıb – YENİLƏNİB + FOTO/VİDEO
Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədilib, iki polis yaralanıb.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib.
11:31
Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib, yaralı var.
Bu barədə “CNN Türk” məlumat yayıb.
Qeyd olunub ki, hadisə yerinə çoxlu sayda polis və həkim briqadası gəlib.
Partlayışdan əvvəl atışma olduğu barədə də məlumat yayılıb.
Ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya mediaya açıqlamasında bildirib ki, bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsinin giriş qapısının qarşısında iki terrorçu bombalı hücum həyata keçirib.
Onun sözlərinə görə, hadisə zamanı 2 polis xəsarət alıb.

