Cəmiyyət 

74-cü Beynəlxalq Astronavtika Konqresinin dördüncü günündə İlon Mask çıxış edib – YENİLƏNİB + FOTO/VİDEO

“SpaceX” şirkətinin təsisçisi İlon Mask 74-cü Beynəlxalq Astronavtika Konqresində onlayn çıxış edir.

ARANTV.AZ xəbər verir ki, o, kosmik sahədə yeniliklərdən, dünyanın müxtəlif ölkələrində bu sahəyə olan maraqdan, həmçinin investisiya və aparılan elmi araşdırmaların gələcək üçün töhfələri barədə danışıb.

14:14

74-cü Beynəlxalq Astronavtika Konqresinin dördüncü günündə İlon Maskın çıxışı gözlənilir.

ARANTV.AZ  xəbər verir ki, “SpaceX” şirkətinin təsisçisi İlon Mask bu gün Bakı vaxtı ilə saat 17:45-də 74-cü Beynəlxalq Astronavtika Konqresində onlayn şəkildə çıxış edəcək. Mətbuat nümayəndələri və konqres iştirakçıları çıxışı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə dinləyə bilərlər.

Çıxış Beynəlxalq Astronavtika Federasiyanın veb-saytındaYouTube kanalında, eyni zamanda 74-cü Beynəlxalq Astronavtika Konqresinin X (keçmiş Twitter) platformasındakı rəsmi səhifəsində canlı olaraq yayımlanacaq.

 

Daha çox xəbərlər