Cəbhədən Xəbər 

DİN-in hərbi qulluqçusu azad edilən ərazidə minaya düşüb – VİDEO

Oktyabrın 5-də saat 17 radələrində işğaldan azad edilən ərazidə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusunun xidmət vaxtı piyada əleyhinə minaya düşməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1999-cu il təvəllüdlü S.Adgözəlov minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər