YAP Bərdə rayon təşkilatında “Heydər Əliyev ili” çərçivəsində rayon İcra Hakimiyyəti və YAP Bərdə rayon təşkilatının birgə təşkilatçılığı ilə Beynəlxalq Müəllim günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdən öncə iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzərək əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, dövlətimizin suverenliyi və xalqımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya müəllim əməyinin müqəddəsliyindən, dövlətimizin möhkəmləndirilməsi, qüdrətlənməsi yolunda müəllim ordusunun böyük təkanverici mənbə olmasından danışmış, rayon müəllimlərini bayram münasibətilə təbrik etmişdir.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev çıxış edərək müəllimləri təbrik etmiş, onlara daha böyük uğurlar arzulamışdır.
Respublikanın Əməkdar müəllimləri Minayə Nəbbaqi, Rzaqulu Şərifov, “Tərəqqi” medallı müəllimlər Səfurə Hümbətova, Nizami Quliyev, şəhid ailəsi, YAP üzvü olan müəllimlər Səidə Babaşova, Cavid Qəmbərov, Bərdə Dövlət İdarəetmə və texnologiya kollecinin direktor əvəzi Xosrov Musayev, Bərdə Peşə liseyinin direktor əvəzi Samir Nəcəfov, 1saylı Uşaq İncəsənət məktəbinin direktoru Cəmilə Orucova, məktəbdənkənar müəssisə – rayon UGİM-in direktoru Aynurə Eyyubova və başqaları çıxış edərək şanlı Zəfərlərin, Qələbələrin əldə olunmasında ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Partiyamızın sədri cənab İlham Əliyevin ətrafında sıx birliyin daha böyük məna kəsb etməsindən danışmış, bundan sonra dəmir yumruq kimi dövlətçiliyimizin qorunmasında bütün gücləri ilə çalışacaqlarını bildirmişlər.
Bayram tədbirində YAP-a üzvlüyə yeni qəbul olunmuş bir qrup müəllimə üzvlük vəsiqələri, bir qrup YAP fəallarına qiymətli hədiyyələr təqdim edilmişdir.
Bütün müəllim ordusunun əziz bayramı mübarək olsun!







