Beynəlxalq Müəllimlər Günüdə fərqlənən məktəb! Video
Bərdə Rayon A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbin Direktoru Gülnarə Əliyeva, 5 oktyabr Müəllimlər günü münasibətilə öz müellim kollektivini özünə məxsu təbriki ilə belə sevindirdi.Gülnarə müəllimə, hər zaman olduğu kimi indi də öz addımı və sadəliyi ilə fərqlənməyi bacardı. Direktorluq fəaliyyətinizdə sizə uğurlar arzu edirik.
Həyatımızın bir günün yox,hər günün müəllimlərə həsr etsək belə azdır.
Müəllim,mənim üçün o qədər əziz və şərəfli addır,o qədər məsuliyyətli bir peşədir ki,hansısa ixtisas üzrə təhsil alıb bu peşə üzrə işləyən hər adamı müəllim kimi qəbul edə bilmərəm.Müəllim tək savadı,pedaqoji fəaliyyəti ilə deyil,məktəbdən kənar halda da öz hərəkəti,davranışı,cahil və nadan düşüncə tərzinə qarşı münasibəti,öz övladlarının yüksək təhsil və tərbiyəsi ilə mütləq seçilməlidir.Belə müəllimlərin sayının çox olması arzusu ilə əsl müəllimlərin günü mübarək!Savadlı müəllim güclu təhsil,güclü gələcəkdir!

