Dünya 

Ekvadorda prezidentliyə namizədin qətlinə görə həbs olunanların hamısı öldürüldü – VİDEO

Ekvador Prezidenti Gilyermo Lasso avqust ayında Ekvador prezidentliyinə namizəd Fernando Vilyavisensionun qətli ilə bağlı həbs edilən altı nəfərin həbsxanada qətlə yetirilməsindən sonra ölkənin təhlükəsizlik orqanlarının nümayəndələrini toplantıya çağırıb.

“Quayakildəki 1 saylı təcridxanada baş vermiş altı qətllə bağlı məlumat aldıqdan sonra təhlükəsizlik kabinetinin təcili çağırılmasını əmr etdim. Bu fövqəladə vəziyyətlə məşğul olmaq üçün yaxın bir neçə saat ərzində Ekvadora qayıdacağam”, – deyə prezident bildirilib.

Qeyd edək ki, cümə günü səhər saatlarında Məhbuslarla İş üzrə Xidmət məlumat vermişdi ki, avqustun 9-da Kitoda Vilyavisensionun qətlində əli olmaqda ittiham olunan altı Kolumbiya vətəndaşı həbsxanada öldürülüb.

Mənbə: TASS

Daha çox xəbərlər