Cəmiyyət 

Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə

10 oktyabr saat 23:59-da “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulu yekunlaşacaq.

Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsi və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Daha çox xəbərlər