Cəmiyyət 

İdarə sədri: “İçərişəhərdə 1300 dən çox ailə yaşayır – bu özü də o tarixin qorunması deməkdir”

“İçərişəhərdə 1300 dən çox ailə yaşayır. Bu özü də o tarixin qorunması deməkdir”.

ARANTV.AZ xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil edəcəyi “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” (“Livable and Sustainable Heritage Cities”)  mövzusunda beynəlxalq konfransda çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə deyib.

O bildirib ki, İçərişəhərdə çoxlu mədəniyyət tədbiri həyata keçirilir:

“Bu mədəni irsin daha çox insana çatdırılmasına kömək edir. Eyni zamanda da tarixi abidələrin, tarixin qorunma metodikasının digər qurumlarla birgə müzakirə edilərək daha da təkmilləşməsinə xidmət edir”.

Daha çox xəbərlər