Siyasət 

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfəri ediblər – YENİLƏNİB + FOTO

Oktyabrın 10-da Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəlib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.

Səfər çərçivəsində gəmi heyətlərinin mədəni və tarixi abidələrlə tanışlıq üçün Bakı şəhərində gəzintisi, o cümlədən idman yarışı üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

12:06

Rusiyanın “Tatarıstan” raket gəmisi Bakı limanına gəlib.

APA xəbər verir ki, Beynəlxalq Dəniz Vağzalında Xəzər donanmasının gəmisinin təntənəli qarşılanma mərasimi olub.

“Tatarıstan” raket gəmisinin Rusiya donanması gəmilərinin Xəzər dənizinin mərkəzi və cənub hissəsində illik reydi çərçivəsində Bakı limanına gəldiyi bildirilib.

Daha çox xəbərlər