YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskayanın Lənbəran kəndində ərazini əhatə edən partiya üzvləri və əhali ilə görüşü keçirilmişdir+Fotolar
Görüşdən öncə rayon təşkilatının sədri Fəqət Şadlinskaya fəallarla birlikdə həmin ərazidə şəhidlərin xatirəsinə iş adami Mədəd Quliyevin köməkliyi ilə salınmış kompleksə baş çəkmiş, önünə qərənfillər düzmüşdür.
Görüşdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Görüşdə rayon təşkilatının sədri F.Şadlinskaya xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan dövlətçilik siyasətinin hazırda onun layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmış, ölkəmizin inkişafı nəticəsində daha yüksək nəticələr, uğurlar əldə etdiyini qeyd etmiş, Azərbaycanın regionda əsas söz sahibi olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Torpaqlarımızın işğaldan azad edilməsi tariximizin ən böyük Qələbəsidir. Bu gün dünya liderləri Azərbaycan Prezidenti ilə hesablaşır.
Görüsdə Fəqət Şadlinskaya Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra keçən müddət ərzində əldə olunan uğurlardan danışmış, ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın siyasətin humanistləşdirilməsində apardığı işlərə diqqət çəkmişdir. Hər bir inkişaf və tərəqqinin məhz insan amilinə xidmət etdiyini qeyd edən rayon təşkilatının sədri F.Şadlinskaya rayonda gedən işlərin də mahiyyətində məhz bu amilin öndə olduğunu vurğulamışdır.
Səmimi söhbət və diskussiya şəraitində keçən görüşdə partiya üzvləri və kənd sakinləri Hacıyev Qaraş, Süleymanov Kərəm, Məmmədov Yusif, Qasımova Şölə, İslamzadə Şamxal, Nurəliyeva Ziyafət çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin gördüyü bütün işlərin xalqımızın firavan yaşaması və ölkəmizin daha da çiçəklənməsi naminə həyata keçirildiyini bildirmişlər. Xüsusi qeyd etmişlər ki, onlar bütün Azərbaycan xalqı kimi ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək siyasətini ürəkdən dəstəkləyirlər.
Görüş zamanı Fəqət Şadlinskaya kənd ərazisindəki müxtəlif problem və çətinliklərlə bağlı müraciətləri də dinlədi.
Görüşdən sonra Fəqət Şadlinskaya YAP fəalları ilə birlikdə həmin ərazidə yaşayan Ermənistanın Bərdəyə atdıgi Smerc tipli raket nəticəsində həlak olmuş mülki şəhid Qasımova Solmaz Sədrəddin qızının ailəsinə baş çəkmiş, onlara dəstək olmağa çalışmışlar.
Görüş zamanı şəhidin həyat yoldaşı Natiq Əliyev və oğlu Namiq Əliyev onlara olan qayğının daima dövlətin diqqət mərkəzində saxlanıldığından məmnun olduğunu bildirmişlər.







