Siyasət 

ABŞ səfirliyi: “Münasibətlərin normallaşması üçün Azərbaycan və Ermənistan arasında dialoq lazımdır” – FOTO

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ölkələr arasında dialoq aparılmalıdır.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində yazılıb.

“Ötən gün Bakıda olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqazda davamlı və ləyaqətli sülhün əldə edilməsində ABŞ-nin Azərbaycan və Ermənistana dəstəyini müzakirə etmək üçün yüksək vəzifəli şəxslərlə görüşüb. Münasibətlərin normallaşması üçün tərəflər arasında dialoq lazımdır”, – deyə paylaşımda bildirilib.

 

Daha çox xəbərlər