Bakıda itkin düşən ana və övladları ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB
Bakıda itkin düşən ana və dörd uşağı barədə rəsmi açıqlama verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, Sabunçu rayonu Maştağa qəsəbəsi sakini olan 32 yaşlı qadının oktyabrın 4-ü günorta saatlarında övladları ilə birgə itkin düşməsi ilə bağlı polis orqanına müraciət daxil olub.
“Bununla bağlı araşdırma aparılıb. Kriminal tərkib yoxdur. Onların harada olduqları məlumdur”, – deyə məlumatda qeyd olunub.
09:50
Bakıda ana və 4 uşağı itkin düşüblər.
“Report”un məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, Maştağa qəsəbəsində yaşayan Ağazaman Salamzadə Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, onunla eyni ünvanda yaşayan arvadı Qızxanım Salamzadənin oktyabrın 4-də övladları 2004-cü il təvəllüdlü Əbil Salamzadə, 2006-cı il təvəllüdlü Aysun Salamzadə, 2008-ci il təvəllüdlü Aynişan Salamzadə və 2010-cu il təvəllüdlü Səadət Salamzadə ilə birlikdə yaşadıqları ünvandan çıxmaları və geri qayıtmamaları barədə məlumat verib.
Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PŞ-də araşdırma aparılır.

