MM-də İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul olunub – YENİLƏNİB
Milli Məclisin bugünkü xüsusi iclasında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.
“Report” xəbər verir ki, bəyanatın mətnini deputat Hikmət Babaoğlu oxuyub.
Bəyanat səsverməyə qoyularaq qəbul edilib. Deputatlar bəyanatın qəbulunu ayaq üstə alqışlayıblar.
11:37
Milli Məclisin xüsusi iclası başlayıb.
ARANTV.AZ xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələ daxil edilib.
Toplantıda İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul olunacaq.

