Siyasət 

Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın ittihamlarına cavab verib – YENİLƏNİB + FOTO

“20 sentyabr 2023-cü ildə Ermənistanın 30 illik qanunsuz hərbi işğalından sonra Azərbaycan nəhayət, öz beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etdi”.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib.

Nazir müavini qeyd edib ki, Ermənistanın sentyabrın 19-dan bəri Azərbaycana qarşı əsassız ittihamları Qarabağda baş verənləri əks etdirmir.

“Daha da vacibi onlar Azərbaycanın Qarabağa girişinə icazə verdiyi iki BMT missiyasının müşahidələrini və tapıntılarını əks etdirmir. 30 ildən çox bir müddətdə regionda ilk dəfə beynəlxalq missiya olub. Onlar müstəqil beynəlxalq medianın orada olan və oranı görən üzvlərinin xəbərlərini əks etdirmir. Azərbaycan Qarabağın mülki əhalisinə qarşı heç vaxt etnik təmizləmə və ya hər hansı bir hücum həyata keçirməyib və keçirməyəcək. Azərbaycan sentyabrın 19-dan sonra ciddi təminatlar verib”, – Elnur Məmmədov vurğulayıb.

16:34

Bu gün Beynəlxalq Ədalət Məhkəməsi Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iş üzrə ictimai dinləmələr keçirir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə “X” hesabında paylaşım edib.

“16:00-da (Bakı vaxtı ilə 18:00) Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistanın bəyanatlarına qarşı şifahi arqumentlər təqdim edəcək”, – deyə o qeyd edib.

 

Daha çox xəbərlər