Cəmiyyət 

General-leytenantın komandan vəzifəsindən azad edilməsi xəbərinə qurumdan REAKSİYA – YENİLƏNİB + FOTO

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandanı general-leytenant İlham Abdullayevin vəzifəsindən azad edilməsi barədə xəbərə qurumdan reaksiya verilib.

FHN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, yayılmış xəbər doğru deyil.

“General-leytenant İlham Abdullayev işinin başındadır”, – deyə məlumatda qeyd edilib.

11:19

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandanı vəzifəsindən azad edilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə FHN-nin Mülki Müdafiə Qoşunları komandanı general-leytenant İlham Abdullayev tutduğu vəzifəsindən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələ ki təyinat yoxdur.

 

Daha çox xəbərlər