Cəmiyyət 

Emin Əmrullayev müəllimlərin sertifikatlaşdırılmasının məqsədini AÇIQLADI

“Azərbaycan məktəbliləri bu il beynəlxalq fənn olimpiadalarında 57 medal qazanıblar”.

“Report”un xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə 40 mindən çox müəllim sertifikasiyadan keçib:

“2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmadan keçiriləcək. Ölkəmizdə sertifikasiya imtahanının keçirilməsi bir yenilikdir. Bu tədbirlər müəllim nüfuzunun, rifahının artırılmasına yönəlib”.

Daha çox xəbərlər