Xarici diplomatlar Füzulidə Mirzə Uluqbəy adına məktəbdə olublar – FOTO
Özbəkistan, Rusiya, Rumıniya, Böyük Britaniya, Argentina, Litva, Braziliya, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin səfirləri və diplomatları Füzulidə Mirzə Uluqbəy adına məktəbdə olublar.
Bu barədə foto sosial şəbəkələrdə paylaşılıb.
Fotoda diplomatların təhsil ocağının sinif otaqlarından birində parta arxasında əyləşdiyi görünür. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və dövlət başçısının xüsusi nümayəndəsi Emin Hüseynov da oradadır.
Qeyd edək ki, 960 yerlik məktəb Özbəkistan hökuməti tərəfindən tikilib və özbək xalqı adından füzulililərə hədiyyə edilib.
Bu il avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.

