XİN-dən Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım – FOTO
Xarici İşlər Nazirliyi (XİN) “X” sosial şəbəkə hesabında Azərbaycanda Müstəqilliyin Bərpası Günü münasibəti ilə paylaşım edib.
ARANTV.AZ xəbər verir ki, paylaşımda qeyd olunur:
“Müstəqilliyimizin bərpasının 32-ci ildönümü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, azad, müstəqil, güclü, müzəffər Vətənimiz Azərbaycanımıza bundan sonra da hər zaman yeni-yeni zəfərlər arzu edirik”, – deyə paylaşımda qeyd olunub.

