Dünya 

Daha bir ölkədə üçgünlük matəm elan edildi – YENİLƏNİB

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qəzza zolağındakı Əl-Əhli xəstəxanasına hücumun qurbanları və digər həlak olan fələstinlilərin xatirəsinə ölkədə üçgünlük ümummilli matəm elan edib.

Bu barədə Misirin Prezident Aparatı məlumat yayıb.

Qeyd edək ki, Misirlə yanaşı, Türkiyə, Fələstin, Suriya, İran, İraq və Livanda da matəm elan edilib.

Mənbə: TASS

17:24

Qəzzadakı xəstəxanaya hücumla əlaqədar Türkiyədə üçgünlük matəm elan olunur. Bu barədə Prezident sərəncam imzalayıb.

Sabah bir çox yerlərdə bayraqlar yarıya qədər endiriləcək.

Qeyd edək ki, Qəzzadakı xəstəxanaya dünən hücum olub. Hadisə nəticəsində 400-dən çox adam ölüb. Hadisədə HƏMAS və İsrail bir-birilərini ittiham edirlər.

Mənbə: habertürk

Daha çox xəbərlər