Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır
Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində MDB Dövlət Başçıları Şurası önəmli əhəmiyyətə malikdir.
Qeyd edək ki, 12-13 oktyabr 2023-cü il tarixlərində Prezident İlham Əliyevin qardaş Qırğızıstana rəsmi səfəri, orada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli görüşün baş tutması, daha sonra cənab Putinin şəxsi dəvəti ilə Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycanın bütün beynəlxalq prinsiplərə hörmətinin və qlobal təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən gördüyü ardıcıl işlərin məntiqi nəticəsidir. MDB Dövlət Başçıları Şurasının iclasında diqqət yetirilən əsas məsələlərdən biri də Birliyin məkanında təhlükəsizliyin təmin olunması mövzusu oldu.
Prezident İlham Əliyevin həmin iclasdakı çıxışı Azərbaycan xalqının növbəti nailiyyəti olmaqla, istəyimizi və gələcəyə baxışımızı özündə ehtiva etdi. Azərbaycan Prezidenti etdiyi məzmunlu çıxışında bir daha Birliyə üzv dövlətlərlə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, humanitar və iqtisadi sahələrdə görülən qarşılıqlı işləri, əldə olunmuş razılaşmaların yerinə yetirildiyini, eləcə də artan əmtəə dövriyyəsinin həcmini xüsusi qeyd etdi. Dövlət başçısı eyni zamanda Azərbaycanın MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşa çevrildiyini bildirərək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə perspektivli layihələrin həyata keçirilməsinin MDB məkanının nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi üçün nə dərəcədə faydalı olduğunu diqqətə çatdırdı. Səfər çərçivəsində Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin MDB-nin Fəxri Nişanı ilə təltif olunması mərasimində iştirak etdi. Qeyd edək ki, qardaş Özbəkistanın Səmərqənd şəhəri 2024-cü ildə “Birliyin mədəniyyət paytaxtı” elan edildi. Beləliklə, Azərbaycan son illərdə Avrasiyanın əsas, etibarlı nəqliyyat və logistika mərkəzlərindən biri kimi özünü sübut etmişdir. Yalnız iki ölkəyə deyil, eyni zamanda Cənubi Qafqaz regionuna sülh və rifah gətirərək beynəlxalq birliyin maraqlarına xidmət edəcək Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.
Elməddin Əsgərxanov YAP Bərdə rayon təşkilatının sədr müavini

