Nəzakət Məmmədova həbs edildi – YENİLƏNİB
Özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədova həbs edilib.
O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
N.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib.//Qafqazinfo
***
18:37
Tanınmış politoloq Nəzakət Məmmədova saxlanılıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə jurnalist, Criminal.az saytının rəhbəri Anar Məmmədov məlumat yayıb.
O bildirib ki, N.Məmmədova Rusiyaya casusluqda ittiham olunur.

