Gündəm 

Qazaxıstanla müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişafı müzakirə edilib – YENİLƏNİB + FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan Prezidentinin müşaviri Kanat Bozumbayev ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə vurğulanıb ki, hər iki ölkənin dövlət başçıları qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafına xüsusi önəm verirlər. İkitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlər, imzalanmış sənədlər, keçirilən tədbirlər mühüm rol oynayır.

Bununla yanaşı, ölkələrimiz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq edir. Azərbaycan-Qazaxıstan iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi xüsusilə önəm kəsb edir. İnvestisiya mühüm əməkdaşlıq istiqamətləri sırasında yer alır. Azərbaycanda aqrar, sənaye, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində 150-dən çox Qazaxıstan investisiyalı kommersiya qurumu fəaliyyət göstərir.

Tərəflər iqtisadi əlaqələrin inkişafı perspektivləri, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

16:24

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan Respublikası prezidentinin müşaviri Kanat Bozumbayev ilə görüşüb.

O, bu barədə öz “X” profilində paylaşım edib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

 

Daha çox xəbərlər