BMT-nin Əhali Fondu: Azərbaycanda abortların sayı yüksəkdir
“Azərbaycan regionda yeganə ölkədir ki, uşaqlıq boynu xərçəngi müalicəsi dövlət səviyyəsində aparılmır”.
ARANTV.AZ xəbər verir ki, bunu bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib.
O, həmçinin bildirib ki, Azərbaycanda ana ölümü əmsalı xeyli azalıb və bu, böyük irəliləyişdir:
“Bugünkü günə bu əmsal 100 min diri doğuşlara 15 ana ölümü deməkdir. Lakin rəsmi statistikaya görə, abortların sayı yüksəkdir. Əgər 2008-2009-cu illərdə Azərbaycanda Milli Ailə Planlaması proqramı qəbul olunsaydı, onda 16,5 olan ana ölümü indi 9,8 ola bilərdi”.

