Dünya 

Rusiyanın Yakutsk şəhərində ofis binası yanıb: Ölən və xəsarət alanlar var – YENİLƏNİB + VİDEO

Rusiyanın Yakutsk şəhərinin mərkəzində ofis binasında baş verən yanğın nəticəsində bir nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Məlumata görə, ümumilikdə 52 nəfər xilas edilib, 25 nəfər isə təxliyə edilib.

Regional Səhiyyə Nazirliyi yanğından sonra dörd nəfərin xəstəxanaya yerləşdirildiyini, üçünün vəziyyətinin ağır olduğunu bildirir.

Mənbə: TASS

11:42

Rusiyanın Yakutsk şəhərinin mərkəzində ofis binası yanır. İnsanlar yanğından xilas olmaq üçün pəncərəyə çıxırlar. Artıq iki nəfərin yaralandığı bildirilir. Xilasedicilər binada olan insanları təxliyə edir.

Yanğın yüksək mürəkkəblilik dərəcəsində qiymələndirilir.

Qeyd edək ki, hadisə yerində yanğınsöndürənlər və təcili yardım əməkdaşları işləyirlər.

Mənbə: RİA Novosti “Telegram” kanalı

Daha çox xəbərlər