Azərbaycan BMT Baş Assambleyasının İsrail və Fələstinə çağırış edən qətnaməsini dəstəkləyib – FOTO
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəsə çağıran qətnamə qəbul edib.
Səsvermə dünya təşkilatının saytında yayımlanıb.
Azərbaycan da daxil olmaqla qətnamənin lehinə 120 ölkə səs verib, 14-ü əleyhinə olub, 45-i isə bitərəf qalıb.
Məlumata görə, qətnamə İordaniya və daha 40 dövlət tərəfindən hazırlayıb. Sənəddə deyilir ki, BMT Baş Assambleyası Fələstin və İsrail vətəndaşlarına qarşı zorakılığı pisləyir. Həmçinin qətnamədə hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq təcili humanitar atəşkəsə çağırış edilir.
Qeyd edək ki, xüsusi sessiya BMT Baş Assambleyasının prezidenti Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun sədri qismində Azərbaycanın çağışırı ilə keçirilib.
Mənbə: İzvestiya

