Gündəm 

Şəhid polkovnikin qanlı paltarı qardaşına təqdim olunacaq


ARANTV.AZ xəbər verir ki,Reyting.az
-ın əldə etdiyi məlumata görə, Baş Prokurorluqdan Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasova zəng vuraraq mərhum qardaşına aid əşyaları şənbə günü təhvil almağı xahiş ediblər.

Hacı Tahir Abbasov faktı Reyting.az-a təsdiqləsə də, bu məsələdən danışmaqda çətinlik çəkdiyini deyib:

“Gəncədəki qanlı qarşıdurma zamanı xəncər qardaşımın ürəyini parçalamışdı, indi isə onun qanlı paltarını qəbul etmək mənim ürəyimi parçalayır. Heç bilmirəm, o əşyaları necə qəbul edib, onlara necə baxacam, evimizə necə aparacam. Bu məsələ mənim və ailəmizin digər üzvlərinin qəlbini parçalayır. Buna dözmək çox çətindir, bu məsələdən danışa bilmirəm, xahiş edirəm məni üzrlü sayasınız. Allah bütün şəhidlərimizə rəhmət, əzizlərinə səbr versin”.

Qeyd edək ki, Gəncədəki ixtişaşlar zamanı iki polis zabiti – polkovnik-leytenant Səməd Abbasov və polkovnik İlqar Balakişiyev şəhid olublar. Azərbaycan prezidenti İlham Əliyev onları ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib.

Daha çox xəbərlər