Siyasət 

Zəfər paradı Xankəndidə olacaq

Noyabrın 8-də Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini – Zəfər Gününü qeyd edəcək.

ARANTV.AZ  “Musavat.com”a istinadla xəbər verir ki, Zəfər Günü bu dəfə Xankəndi şəhərində keçiriləcək.

Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi birliklərinin paradı Xankəndi şəhərində olacaq. Paradda hərbi texnika deyil, Vətən müharibəsində iştirakçı olmuş nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur.

Hərbi paraddan sonra Zəfər günü işğaldan azadlığının üçüncü ilini qeyd edəcək Şuşada davam etməsi gözlənilir.

Daha çox xəbərlər