“Wild Animal Initiative” Azərbaycanın müraciətinə reaksiya verdi
“Vəhşi Heyvanlar Təşəbbüsü” (“Wild Animal Initiative”) təşkilatı Azərbaycanın “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar bu təşkilata müraciətinə reaksiya verib.
ARANTV.AZ Trend-ə istinadla xəbər verir ki, təşkilatın kommunikasiya direktoru Ket Kerr (Cat Kerr) BMM-ə cavab məktubunda bildirib ki, minalardan zərər görən heyvanlara yardım niyyəti təqdirəlayiqdir.
“Bu həll edilməsi vacib məsələ kimi görünür”, – deyə o əlavə edib.
Xatırladaq ki, ötən günlərdə “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar heyvanların müdafiəsi üzrə dünya təşkilatlarına müraciət edib.

