Cəmiyyət 

Qərbi Azərbaycan toponimləri barədə kitab çapdan çıxıb – FOTO

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin hazırladığı “Qərbi Azərbaycan toponimlərinin leksik-semantik xüsusiyyətləri” kitabı çapdan çıxıb.

Bu barədə AMEA məlumat yayıb.

Qeyd edilib ki, kitabda şöbə əməkdaşlarının və institutun bəzi alimlərinin yazdıqları elmi məqalələr toplanıb.

Burada Qərbi Azərbaycan toponimlərinin leksik-semantik xüsusiyyətləri ilə yanaşı, onların tarixi və etimologiyası barədə də maraqlı elmi faktlar var.

 

Daha çox xəbərlər