Gündəm 

Ölkəyə idxal olunan qızılın hansı halda gömrük rüsumundan azad ediləcəyi müəyyənləşir

Ölkəyə gətirilən qızılla bağlı daha bir güzəştin tətbiq edilməsi təklif olunur.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktivlərində yerləşdirilməsi üçün ölkəyə idxal olunan qızıl gömrük rüsumundan azad ediləcək.

Daha çox xəbərlər