YAP Bərdə rayon təşkilatı 8 Noyabr Zəfər Gününü Qarabağ qaziləri ilə birgə keçirmişdir.
YAP Bərdə rayon təşkilatı 8 Noyabr Zəfər Gününü bu böyük Qələbənin, bu tarixi Zəfərin qazanılması üçün Qarabağ savaşında sağlamlığını itirmiş igid Vətən oğulları ilə birlikdə keçirmişdir.
Görüş zamanı YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya onları bayram münasibətilə təbrik etmiş, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu, dəmir yumruq kimi birləşən Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində tariximizi əbədi işıqlandıran parlaq qələbəsindən danışmışdır. Bildirmişdir ki, 44 günün hər bir günü, hər anı şanlı tariximizdir! Qeyd etmişdir ki, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Bugün addım – addım yenidən tikilən və qurulan işğaldan azad olunmuş torpaqlarımızın necə dirçəldiyini, çiçəkləndiyini və gözəlləşdiyini heyranlıqla izləyir.
Görüşdə müharibə zamanı göstərdikləri igidliklərə görə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə medallara layiq görülmüş Samux kəndində Həşimov Rövşən Cabir oğlu, Mollaəhmədli kəndində Behbudov Elşən Ələsgər oğlu, Kolayır kəndində “Qarabağ” ordenli Manaflı Dursun Maarif oğlu döyüş xatirələrini bölüşmüs, dövlət səviyyəsində onlara və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildirmişlər.
Görüşlərdə rayon təşkilatı qazilərə maddi və mənəvi dəstək olmağa çalişmışdır.







