Bakı həbsxanasında qadın məhkum öldü

Bakı həbsxanasında qadın məhkum öldü

Azərbaycanda qadın məhkum həbsdə ölüb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada saxlanılan Çinarə Rafiq qızı Məmmədova dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.